ONN İnformasiya Agentliyi

PSJ ondan VAZ KEÇDİ – 200 milyona satacaq

PSJ ondan VAZ KEÇDİ – 200 milyona satacaq
28 Noyabr 2018 - 13:05

“Paris Sen-Jermen” klubu ulduz futbolçusu Neymarın gedişinə icazə verib.

ONN media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"La Porteria" TV kanalının iddiasına görə, Neymar 200 milyon avro qarşılığında sərbəst qala bilər.

Neymarın elçiləri isə fürsətdən istifadə edərək hərəkətə keçib. Onu 222 milyona PSJ-yə satan “Barselona” Neymarın qarşılığında Usman Dembeleni və müəyyən miqdarda məbləğ təklif edir. Elçilər arasında ən şanslısı isə “Real Madrid” hesab olunur.

Qeyd edək ki, PSJ UEFA-nın “Financial Fair Play” qaydalarına uyğunlaşmaq üçün Mbappe və Neymar kimi iki ulduzunun birindən vaz keçməli idi. Neymardan vaz keçdiyinə görə, Paris klubu Mbappenin gücünə inanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png