ONN İnformasiya Agentliyi

Daşlaşan tarixin dilini bilən görkəmli alim Məşədixanım Nemətova

Daşlaşan tarixin dilini bilən görkəmli alim Məşədixanım Nemətova
26 Dekabr 2018 - 13:23

Görkəmli alim, böyük şəxsiyyət, tarix elmləri doktoru, AMEANın muxbir üzvü-Məşədixanım Nemətovanın vəfat etdiyi gündür.

Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olub. Elmi fəaliyyətinə 1953-cü ildən EA Tarix İnstitutunda başlayıb.

Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.

"Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə" "Şöhrət" ordeninə layiq görülüb. 

60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləyib, ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi – sufizm, toponimika, etnogenez və s. problemlərə dair külli miqdarda yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirib. 2500-dən çox epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirib. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən çox monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png