ONN İnformasiya Agentliyi

DİQQƏT: Bayram günü bu səhvi etməyin, təhlükəlidir

DİQQƏT: Bayram günü bu səhvi etməyin, təhlükəlidir
31 Dekabr 2018 - 22:50

Dekabrın 31-i hər kəs Yeni il süfrəsini gözlədiyi üçün günboyu ac gəzir. Bu da öz növbəsində şəkərin aşağı düşməsinə səbəb olur və iştahı nəzarətdə saxlamaqda problem yaradır.

ONN media axar.az -a istinadən xəbər verir ki, bunu türkiyəli dietoloq Sibel Mumcu deyib. O, Yeni il axşamı qidalanarkən diqqət edilməli olan məqamlardan danışıb: “Sağlam qidalanma üçün səhər qəlyanaltı etmək, naharda doyana qədər yemək lazımdır. Yeməyi sürətli şəkildə yemək qidanın yetərsiz səviyyədə parçalanması, mədədə qaz və həzmsizlik yaranması ilə nəticələnir. Toxluq hissi yeməyə başlayandan 20 dəqiqə sonra yarandığı üçün yeməyi yavaşyavaş çeynəmək lazımdır.

Bayram axşamı bol miqdarda spirtli içki qəbul etmək də mədədə narahatlıq yaradır. Buna görə də spirtli içkilərdən istifadə edərkən içərisinə buz parçaları ataraq, spirtin miqdarını azaltmaq olar. Bundan əlavə, alkoqollu içiklərin yanında çərəz, cips və turşulardan maksimum az istifadə etmək lazımdır. Ümumilikdə isə gün ərzində ağır və yağlı yeməklərin əvəzinə suplar, tərəvəz yeməkləri və salatlara üstünlük vermək daha məqsədəuyğundur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png