ONN İnformasiya Agentliyi

Məşhur futbolçunun həbsi gözlənilir

Məşhur futbolçunun həbsi gözlənilir
02 Yanvar 2018 - 19:00

"Liverpul"un futbolçusu Deyan Lovren 5 il müddətinə həbs oluna bilər.

ONN media xəbər verir ki bu barədə “The Sun” nəşri məlumat verib.

Məlumata görə, 2010-cu ildə Deyan Lovrenin "Dinamo" Zaqrebdən "Olimpik Lion"a transferi zamanı xorvat təmsilçisinin rəsmisi Zdravko Mamiç qeyri-qanuni şəkildə külli miqadarda pula yiyələnib.

Mamiçinin ümumilikdə, oyunçuların transferlərindən 14 milyon avro qeyri-qanuni gəlir əldə etdiyi məlumatı var. Deyan Lovren isə bu işlə bağlı vaxtilə yanlış məlumat verməkdə günahlandırılır. Əgər günahı sübuta yetirilsə, onu 5 il həbs cəzası gözləyir.

Məhkəmə rəsmi olaraq sabah bu məsələ ilə bağlı iddia qaldıracaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png