ONN İnformasiya Agentliyi

Messi tarixin ən çox qazanan futbolçusu oldu

Messi tarixin ən çox qazanan futbolçusu oldu
13 Yanvar 2018 - 11:45

"Barselona"nın hücumçusu Lionel Messi tarixə düşüb.

ONN media oxu.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu tarixdə ilinə 100 milyon avrodan çox qazanan ilk futbolçu olub.

Yeni müqaviləsinə əsasən, onun qazancı ildə 104 milyon avrodur. Bu məbləğdən vergilərin də çıxılmasından sonra ilə 50 milyondan çox qazanır. Bu isə dünya rekordudur.

Braziliyalı Neymarda bu rəqəm 36,8 milyondur. Argentinalı Karlos Teves isə bu ilin yanvarına kimi çıxış etdiyi Çinin "Şanxay Şenxua" klubundan 38 milyon qazanıb.

Xatırladaq ki, Lionel Messi "Barselona"nın əsas komandasında 2004-cü ildən çıxış edir. Messi bu klubla səkkiz dəfə İspaniya çempionu və beş dəfə bu ölkənin kubokunun sahibi olub. O, daha dörd dəfə isə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Bundan başqa, Argentina millisinin üzvü beş dəfə"Qızıl top"a yiyələnib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png