Türkiyədə təyyarə eniş zamanı zolaqdan kənara çıxaraq aşıb.
ONN media xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
Ankaradan Trabzona uçan təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkənlər vasitəsi ilə təxliyyə edilib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.