ONN İnformasiya Agentliyi

“Megafun”da partlayış: 10 nəfər…

“Megafun”da partlayış: 10 nəfər…
22 İyun 2019 - 22:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Xətai rayonundakı “Megafun” əyləncə mərkəzinin ikinci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

ONN media FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın hadisəsi baş verməyib.

Hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

***

21:57

“Megafun” Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png