ONN İnformasiya Agentliyi

Türkiyə bu ordunu vuracaq- Son xəbərdarlıq

Türkiyə bu ordunu vuracaq- Son xəbərdarlıq
01 İyul 2019 - 14:04

Türkiyə hansı ölkədə olmaqlarından asılı olmayaraq öz vətəndaşlarının təhlükəsizliyi və hüquqlarını qorumağa davam edəcək.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Liviyanın şərqində general Xəlifə Haftarın ordusu tərəfindən Türkiyə vətəndaşlarının saxlanılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, müvafiq strukturlar, o cümlədən Türkiyə XİN və Liviyadakı Türkiyə səfriliyi məsələni diqqətdə saxlayır.

“Prezident Rəcəb Tayyip Ərdoğan bütün lazımi göstərişləri verib”, – o qeyd edib.

Vitse-prezident həmçinin bildirib ki, saxlanılan Türkiyə vətəndaşları ilə əlaqə yaradılıb, onların vəziyyəti qənaətbəxşdir.

“Müvafiq qurumlar Türkiyə vətəndaşlarının azad olunması üçün işlər aparır. Ankara öz vətəndaşlarının dərhal sərbəst buraxılmasının tələb edir. Əks təqdirdə Haftarın qüvvələrinə bəynəlxalq hüquq çərçivəsində zərbələr endiriləcək. Türkiyə vətəndaşları azad olunmasa, Ankara Haftarın qüvvələrinə qarşı cavab tədbirlər görəcək”, – F.Oktay bəyan edib.

Qeyd edək ki, iyunun 30-da Liviyanın şərqində Acabiya şəhərində general Xəlifə Haftarın göstərişi ilə bütün türk mağazaları bağlanıb və altı Türkiyə vətəndaşı saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png