Zaqatalada növbəti dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media -ya bildirilib ki, təkanlar yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Qeyd edək ki, yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində 4.9 bal gücündə zəlzələ olub.