ONN İnformasiya Agentliyi

İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
30 Avqust 2019 - 18:34

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png