ONN İnformasiya Agentliyi

Allahşükür Paşazadə qan verdi

Allahşükür Paşazadə qan verdi
10 Sentyabr 2019 - 11:53

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

ONN media xəbər verir ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png