ONN İnformasiya Agentliyi

FHN-dan əhaliyə XƏBƏRDARLIQ

FHN-dan əhaliyə XƏBƏRDARLIQ
03 Yanvar 2019 - 15:05

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

FHN-dən ONN media-ya bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir: qaz cihazı saz və standartlara uyğun olmalı; cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Təhlükə zamanı 112-yə zəng edin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png