ONN İnformasiya Agentliyi

Sürücülərin DİQQƏTİNƏ: Əsas avtomagistrallarda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Əsas avtomagistrallarda sürət həddi endirildi
03 Yanvar 2019 - 20:06

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Zığ dairəsi Hava limanı istiqamətində də sürətlər endirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png