ONN İnformasiya Agentliyi

Abşeron İŞIQSIZ QALDI – SƏBƏB

Abşeron İŞIQSIZ QALDI – SƏBƏB
03 Yanvar 2019 - 23:54

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

ONN media report -a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.

Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib. Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb.

Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir: “Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png