ONN İnformasiya Agentliyi

Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
04 Yanvar 2019 - 15:32

Bu il Azərbaycanda daha 5 “ASAN xidmət” mərkəzi əhalinin istifadəsinə veriləcək.

ONN media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. 

Onun sözlərinə görə, cari il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında “ASAN Xidmət” mərkəzləri istifadəyə veriləcək. Bununla da “ASAN Xidmət” mərkəzlərinin sayı 20-ə çatmış olacaq. 

Şöbə müdiri qeyd edib ki, “ASAN xidmət” mərkəzləri olmayan bölgələrdə səyyar “ASAN xidmət” fəaliyyət göstərir. 

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png