ONN İnformasiya Agentliyi

Binəqədi İŞIQSIZ QALDI

Binəqədi İŞIQSIZ QALDI
07 Yanvar 2019 - 20:00

Binəqədi rayonunun bir hissəsində elektrik enerjisinin
verilişində fasilə yaranıb.

ONN media xəbər verir ki, fasilə Binəqədi rayonu, DSK adlanan ərazidə 12 saatdan çoxdur davam edir. Sakinlərə verilən məlumata görə, həmin ərazidən keçən yüksəkgərginlikli xətt qırılıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, səhər saat 08:00-da “Azərişıq” ASC-nin 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayıblar, onlara elektrik
enerjisinin 1 saata bərpa ediləcəyi deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev
“Report”a bildirib ki, fasilə yaxın dəqiqələrdə aradanqaldırılacaq:”Hazırda özüm də ərazidəyəm. Fasilə cərəyan transformatorunun dəyişdirilməsi ilə əlaqədardır.

Əməkdaşlarımız və texnikamız əraziyə cəlb edilib. Tez bir
zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png