ONN İnformasiya Agentliyi

Ayfonun bu modellərinin istehsalı azaldılır – SƏBƏB

Ayfonun bu modellərinin istehsalı azaldılır – SƏBƏB
09 Yanvar 2019 - 16:21

ABŞ-ın Əpl şirkəti cari ilin birinci kvartalında yeni Ayfon modellərinin istehsalını 10 faiz həcmində azaldacaq.

ONN media xarici mətbuata istinadən bildirir ki, şirkət öz təchizatçılarına yanvar-mart aylarında planlaşdırılandan daha az telefon istehsal edilməsi ilə bağlı göstəriş verib. Yeni məhdudiyyətin Ayfonun XS Maks, XS və XR modellərinə şamil ediləcəyi bildirilib.

Nəşrə məlumat verən bir digər mənbənin sözlərinə görə, 2019-cu ilin ilk kvartalında həm yeni, həm də köhnə modellərin istehsalı 47-48 milyon ədəddən 40-43 milyona qədər endiriləcək. Bu isə illik istehsalın 20 faizini təşkil edəcək.

Qeyd edək ki, şirkətin bu qərarı səhmlərinin dəyərinin ucuzlaşması ilə əlaqələndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png