ONN İnformasiya Agentliyi

Qətlə yetirilən BDU-nun 18 yaşlı tələbəsi haqda yeni faktlar

Qətlə yetirilən BDU-nun 18 yaşlı tələbəsi haqda yeni faktlar
13 Fevral 2019 - 11:16

Xəbər verdiyimiz kimi, Şirvan rayonunda qətl hadisəsi törədilib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
ONN media məsələ ilə bağlı kiçik araşdırma aparıb.
Məlum olub ki, qətlə yetirilən Rəşad Fətullayev BDU Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir.
O 1-ci kursda təhsil alırmış. Rayona da tətillə əlaqədar gedibmiş.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png