ONN İnformasiya Agentliyi

Bərdədə evdə yanğın olub – Ehtiyatsızlıqdan

Bərdədə evdə yanğın olub – Ehtiyatsızlıqdan
06 Mart 2019 - 3:38

Bərdə rayonunda yaşayış evində yanğın baş verib.

ONN media Report -a istinadən xəbər verir ki, hadisə Dəymədağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Əliyevə məxsus yaşayış evində yanğına səbəb siqaretlə ehtiyatsız davranma olub. Belə ki, siqaretin közünün divanın üstünə düşməsi evin alova bürünməsi ilə nəticələnib.

Yanğına ilk olaraq ailə üzvləri müdaxilə etməyə çalışsalar da, alovun qarşısını ala bilməyiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png