ONN İnformasiya Agentliyi

Nərimanovda yataqxanada yanğın baş verib

Nərimanovda yataqxanada yanğın baş verib
06 Mart 2019 - 8:54

Nərimanovda yataqxanada yanğın baş verib.

ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png