ONN İnformasiya Agentliyi

Yanan yataqxanadakı köçkünlər hara yerləşdiriləcək?

Yanan yataqxanadakı köçkünlər hara yerləşdiriləcək?
06 Mart 2019 - 16:45

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonu ərazisində, M.Məmmədov küçəsində yataqxanada baş verən yanğın barədə məlumat yayıb.

ONN media xəbər verir ki, Komitədən verilən məlumata görə, yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar quraşdırılıb.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi təşkil edilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qeyd edək ki, martın 5-də gecə 23:30 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib.

Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən səkkiz nəfər xəsarət alıb, onlar xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib. Oxu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png