ONN İnformasiya Agentliyi

Şəhidimiz medalla təltif edildi

Şəhidimiz medalla təltif edildi
27 Mart 2019 - 13:02

Martın 10-da şəhid olmuş Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının kiçik çavuşu Məmmədov Səxavət Füzuli oğlu ölümündən sonra medalla təltif edilib.

DSX-dən ONN media-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev şəhid hərbçimizi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edib.

Martın 21-də DSX Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən tədbirdə medal şəhid sərhədçinin atasına təqdim olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png