ONN İnformasiya Agentliyi

Sahibkarlar “Diqlas”ın sahibini görüşə çağırdı

Sahibkarlar “Diqlas”ın sahibini görüşə çağırdı
27 Mart 2019 - 13:56

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlarla icra başçısı arasında görüş keçirilir.

ONN media xəbər verir ki, görüş Nizami Rayon İcra Hakimiyyətində baş tutur.

İcra başçısı Arif Qasımov sahibkarla bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək. Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Zərərçəkmiş sahibkarlar bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

“Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarəhaqqı verirdim. İki ay əvvəl gəlib “şapka” istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat icarə verəcəksən”, – deyə sahibklardan biri deyib.

Sahibkarlar bildirib ki, “Diqlas” rəhbərliyi hələ də onlarla görüşməyib.

“Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımız, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur”, – deyə zərərçəkmişlər qeyd edib.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

“Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək”, – deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.

Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.

İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək. Musavat.com

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png