ONN İnformasiya Agentliyi

Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?

Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?
17 Aprel 2019 - 12:58

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

ONN media xəbər verir ki, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

Məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png