ONN İnformasiya Agentliyi

İnstaqram bu şəxsləri blokladı

İnstaqram bu şəxsləri blokladı
18 Aprel 2019 - 13:22

İnstaqram İranın Ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran Məhkəmə Sisteminin rəisi axund İbrahim Rəisinin sosial şəbəkə hesablarını bağlayıb.

ONN media xəbər verir ki, buna ABŞ-ın SEPAH-ı rəsmən terrorçu təşkilatlar siyahısına daxil etməsinin səbəb olduğu bildirilir.

Məlumata görə, İnstaqram rəhbərliyi hər iki yüksək rütbəli şəxsin İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rol oynamasına görə belə bir addım atıb.

Qeyd edək ki, bir qədər əvvəl İnstaqram SEPAH-ın Qüds qüvvələri komandanı Qasım Süleymaninin də hesabını bağlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png