ONN İnformasiya Agentliyi

Azərbaycan-Ermənistan görüşü harada keçiriləcək?

Azərbaycan-Ermənistan görüşü harada keçiriləcək?
26 Aprel 2019 - 12:19

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Vaşinqton şəhərində keçirilə bilər.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

O, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mümkün görüşü barədə danışıb və bu görüşün Vaşinqtonda keçiriləcəyini istisna etməyib:

“Paris və Moskvada görüşlər keçirdik. Üçüncü görüş həqiqətən Vaşinqtonda keçirilə bilərmi? Əlbəttə. Bu görüşə hazırıq. Sonrakı mərhələ olmalıdır”.

Nazirin sözlərinə görə, bununla bağlı ABŞ-dan təsdiq cavabı gözlədiklərini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png