ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ – Terrorçular hotelə hücum etdi

SON DƏQİQƏ – Terrorçular hotelə hücum etdi
11 May 2019 - 18:33

Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu “Pearl Continental Hotel”ə hücum edib.

ONN media xəbər verir ki, bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib.

Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub.

KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur./report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png