ONN İnformasiya Agentliyi

Məşhur aktrisanın evində intihar

Məşhur aktrisanın evində intihar
13 May 2019 - 14:54

ONN media xəbər verir ki, Türkiyənin məşhur aktrisası Yeşim Gülün evində intihar hadisəsi olub.

53 yaşlı aktrisanın 28 yaşlı sevgilisi Sərdar Peçen onun evində özünə qəsd edib.

Eşitmə əngəlli aktyor Sərdar Peçenin bir müddət əvvəl Yeşim Gül üçün 50 min lirə dəyərində bankdan kredit götürdüyü və ödəyə bilmədiyi üçün sevgilisi ilə aralarının soyuduğu bildirilir.

Yeşim Gülün ondan ayrılması ilə barışmayan Sərdar Peçen danışmaq üçün onun evinə gedib. 53 yaşlı aktrisanı razı sala bilməyən Sərdar Peçen özünü pəncərədən aşağı atıb. Yeşim Gül polisə zəng edərək hadisə barədə məlumat verib.

Faktla bağlı istintaq başlanılıb.

Sərdar Peçenin qardaşı hadisəyə görə Yeşim Gülü suçlayıb: “Qardaşım eşitmə əngəlli idi, seriallarda çəkilirdi. Yeşim Güllə münasibəti ona yaxşı təsir edirdi. Yeşim xanım üçün kredit götürmüşdü, ödəyə bilmədi.

Qardaşımın ölümünə görə Yeşim Gül məsuliyyət daşıyır, onun cəzalandırılmasını istəyirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png