ONN İnformasiya Agentliyi

Əfsanəvi aktrisa VƏFAT ETDİ

Əfsanəvi aktrisa VƏFAT ETDİ
13 May 2019 - 18:28

Hollivudun əfsanəvi aktrisası, müğənni Doris Dey dünyasını dəyişib.

ONN media xəbər verir ki, amerikalı aktrisa 97 yaşında Kaliforniyada vəfat edib.

Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 1950-1960-cı illərdə ulduzu parlayan aktrisa 30-dan çox filmdə çəkilib. O, “Oskar”, “Qremmi” mükafatlarına layiq görülüb, 2004-cü ildə Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.

Dey 4 dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən-1942-ci ildə Terrens adlı oğlu dünyaya gəlib. Aktrisanın yeganə övladı 2004-cü ildə dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png