Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
ONN media bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, kənddə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.//Report.az