ONN İnformasiya Agentliyi

Baş infeksionist: “Xəstəlik Azərbaycana da keçə bilər”

Baş infeksionist: “Xəstəlik Azərbaycana da keçə bilər”
28 Yanvar 2020 - 11:33
Azərbaycanda ötən il dekabrın sonu və bu il yanvarın əvvəlində kəskin-respirator virus infeksiyalarına yoluxma halları daha tez-tez təsadüf olunsa da, hazırda yoluxma azalıb.
 
ONN media xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.
Baş infeksionist bu baxımdan vəziyyəti yaxşı dəyərləndirib:
“İnfeksiyaya yoluxanların hamısının qrip olduğunu demək düzgün deyil. Amma qripə yoluxma da istisna edilmir. Əgər xəstəlik qonşu ölkələrdə olarsa, təbii ki, Azərbaycana da keçə bilər. Amma qripə yoluxmanın olduğunu demək üçün insanda simptomlarla yanaşı, xəstəliyə səbəb olan virus da tapılmalıdır. Laborator müayinələr əsasında xəstələrin hansı virusa yoluxduğu dəqiq şəkildə müəyyən edilməlidir, yalnız bundan sonra xəstəliyin hansı virus tərəfindən törədildiyini demək olar”.
C.İsayev bu ilin payız-qış mövsümü ərzində Azərbaycanda heç bir xəstəyə qrip diaqnozunun qoyulmadığını da söyləyib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png