ONN İnformasiya Agentliyi

Yaşıl lobyanın inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə…

Yaşıl lobyanın inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə…
09 Fevral 2020 - 1:39

Lobya olduqca faydalı məhsuldur.

ONN media xəbər verir ki, onun tərkibində A, C, E, K, B qrupu vitaminlər, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.

Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.

Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Ümumillikdə gözəllik paytaxtı sayılan Fransada mətbəxində yaşıl lobya çox tez-tez istifadə olunur.

Lobya bişirilən suyu atmayın – bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır – dərini cavanlaşdırır, daha hamar və elastik edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png