ONN İnformasiya Agentliyi

Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ

Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ
22 Fevral 2020 - 22:50

Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələnib.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri birgə reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcılar – A.Səmədov və Z.Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png