ONN İnformasiya Agentliyi

Kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı detallar məlum oldu

Kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı detallar məlum oldu
14 Aprel 2020 - 23:06

“Bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi istiqamətində məsul şəxslər müəyyən ediləcək. Müvafiq məktublar imzalanaraq bütün təhsil müəssisələrinə yönləndirilib və qısa müddət ərzində tələbələrdən müraciətlər toplanacaq”.

ONN media xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Hədəf” verilişində deyib.

Nazir bildirib ki, tələbələr müraciət edərək özləri barədə məlumatları təqdim edəcəklər: “Ali təhsil müəssisələri də bu məlumatları aidiyyəti üzrə elektron formada təqdim edəcək. Təhsil Nazirliyi də toplanan məlumatları uyğunlaşdırma apararaq təsdiq edəcək. Yekunda sifarişlər Maliyyə Nazirliyinə təqdim ediləcək. Ödənişlər də bilavasitə təhsil müəssisələrinə köçürüləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png