ONN İnformasiya Agentliyi

Oksforddan MÖHTƏŞƏM XƏBƏR: koronavirus peyvəndindən 100 milyon ədəd…

Oksforddan MÖHTƏŞƏM XƏBƏR: koronavirus peyvəndindən 100 milyon ədəd…
30 Aprel 2020 - 17:44

Britaniyanın Oksford Universiteti koronavirusa qarşı hazırladıqları peyvəndin kütləvi istehsalı və digər proseslər üçün “AstraZeneca” şirkəti ilə razılığa gəlib.

ONN media xəbər verir ki, peyvəndi insanlar üzərində sınamağa başlayan elm adamları dəqiq nəticələrin iyun ayında çıxacağını bildirir.

Elm adamları peyvəndin insanlar üzərində effektinin təsdiqləndiyi təqdirdə, başqa problemlərlə məşğul olmaq istəmədikləri üçün belə bir addım atdıqlarını açıqlayıb.

Universitet və şirkətin əldə etdiyi razılaşma çərçivəsində gəlir məqsədi olmayan istehsal nəzərdə tutulub. Yalnız hazırlanması üçün tələb olunan maliyyənin qarşılanması təqdirində, peyvəndin kütləvi istehsalının mümkün ola biləcəyi vurğulanıb.

“AstraZeneca”nın rəsmisi Paskal Soriot təsdiq olunacağı halda ilin sonuna qədər 100 milyon doza peyvənd istehsal edə biləcəklərini açıqlayıb.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png