ONN İnformasiya Agentliyi

Dişləri təbii yolla necə ağartmaq olar? – Bu meyvələr…

Dişləri təbii yolla necə ağartmaq olar? – Bu meyvələr…
01 May 2020 - 4:21

Bəyaz dişlərə sahib olmaq hər kəsin arzusudur. Ancaq çay, qəhvə və siqaret kimi xarici faktorlar diş rənginin solmasına səbəb olur.

ONN media xəbər verir ki, türkiyəli ağız və diş sağlamlığı mütəxəssisi Aslı Tapan bəzi qidalar vasitəsilə təbii yolla dişlərin ağardılmasının üsullarını açıqlayıb.

Çiyələk

Bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.

Portağal

Portağal qabığının içindən təbii diş məcunu kimi istifadə edilir. Həftədə bir neçə dəfə dişləri onunla fırçalamaq faydalıdır.

Alma sirkəsi və limon suyu

Dişlərin ağardılmasında faydalı olan alma sirkəsi və limon suyu tez-tez istifadə olunduqda diş minasına zərər verir və çürüklərin yaranmasını daha da sürətləndirir. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png