ONN İnformasiya Agentliyi

“Qalatasaray” da gözlənilməz ayrılıq

“Qalatasaray” da gözlənilməz ayrılıq
11 May 2020 - 23:37

Türkiyənin “Qalatasaray” klubunda gözlənilməz ayrılıq qeydə alınıb.

ONN media xəbər verir ki, baş məşqçi Fatih Terimin köməkçilərindən olan Hasan Şaş istefa verib.

43 yaşlı məşqçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Öz istəyi ilə postundan getdiyini diqqətə çatdıran Hasan Şaş, “Qalatasaray” azarkeşlərinə dəstəklərinə görə təşəkkürünü bildirib:

“Bu gündən etibarən çox sevdiyim “Qalatasaray”dan öz istəyimlə ayrılmışam. Bu günə qədər mənə dəstək olan bütün azarkeşlərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, futbolçu kimi karyerasının böyük hissəsini “Qalatasaray”da keçirmiş Hasan Şaş 2018-ci ildən Terimin köməkçisi kimi çalışırdı. O, 2011-2013-cü illər aralığında da bu komandada köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png