ONN İnformasiya Agentliyi

Məşhur idmançı komaya düşdü

Məşhur idmançı komaya düşdü
17 May 2020 - 23:26

Ukraynanın “Zaporoje” klubunun basketbolçusu Sergey Myasoedov velosipeddən yıxılaraq ağır yaralanıb.

ONN media xəbər verir ki, Ukrayna Basketbol Federasiyası idmançının hazırda komada olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə mayın 16-da səhər saatlarında baş verib. İdmançı velosiped sürdüyü zaman yıxılıb.

Basketbolçuya kəllədaxili hematoma diaqnozu qoyulub. Onun üzərində əməliyyat keçirilsə də, komaya düşüb. Hazırda vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png