Daxili uçuşların yaxın zamanda bərpa olunması gündəmdədir.
ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
“Burada hava nəqliyyatında tətbiq olunacaq metodiki göstərişlər hazırlanıb. Daxili uçuşlar zamanı keçiriləcək gəliş-gedişlərə laboratoriya analizlərinin keçirilməsi nəzərdə tutulur”.
O qeyd edib ki, beynəlxalq uçuşların bərpası ilə bağlı ölkələrlə müzakirələr davam edir: “Güman edilir ki, 1 iyula qədər beynəlxalq uçuşlar gecikdiriləcək”.