ONN İnformasiya Agentliyi

Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü

Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü
14 İyul 2020 - 21:59

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

ONN media bildirir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi bildirib ki, həmin vaxt uşağı həyətdə oynayırmış.

O əlavə edib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png