ONN İnformasiya Agentliyi

Rayonlara gediş-gəlişin açılması gündəmdədir – Prezidentin köməkçisi

Rayonlara gediş-gəlişin açılması gündəmdədir – Prezidentin köməkçisi
03 Avqust 2020 - 17:29

Hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

O qeyd edib ki, Bakıda koronavirusa yoluxma tendensiyasi var: “Hazırda regionlara gediş-gəlişin açılması regionlarda virusun yayılmasına səbəb ola bilər. Bu baxımdan, epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq”.

Prezidentin köməkçisi əlavə edib ki, Bakı-İstanbul reyslərinin artırılması gözlənilir: “Yalnız yenə də zəruri hallar istisna olmaqla, vətəndaşlarımızın səfərlərdən imtina etməsini xahiş edirik. Hazırda xaricdə olan vətəndaşların ölkəyə qayıtması ilə bağlı məhdudiyyət demək olar ki, yoxdur. Gürcüstan və Rusiyadan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olunur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png