ONN İnformasiya Agentliyi

Bu gün 2795 nəfər müəllim olmaq üçün imtahan verəcək

Bu gün 2795 nəfər müəllim olmaq üçün imtahan verəcək
19 Avqust 2020 - 10:56

Bu gün Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən ONN media -ya bildirilib ki, imtahanlarda 2 795 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png