ONN İnformasiya Agentliyi

Məktəbəhazırlıq üçün niyə şəxsiyyət vəsiqəsi istənilir?

Məktəbəhazırlıq üçün niyə şəxsiyyət vəsiqəsi istənilir?
19 Avqust 2020 - 12:27

Həm məktəbəqəbul, həm də məktəbəhazırlıq prosesi eyni portal üzərindən həyata keçirilir. Hər iki proses zamanı şəxsiyyət vəsiqəsi nəzərdə tutulub.

ONN media xəbər verir ki, bu sözləri  Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məktəbəhazırlığa müraciətin doğum şəhadətnaməsi ilə deyil, şəxsiyyət vəsiqəsi ilə edilməsinin səbəbləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, uşaqların məktəblərə şəxsiyyət vəsiqəsilə qəbul edilmələrinin müsbət tərəfləri var:

“Şəxsiyyət vəsiqəsinin bu prosesdə istifadəsi həm də “finləşmə” prosesini tamamlamaq üçün faydalıdır. Digər tərəfdən, əgər uşaq məktəbəhazırlıqda doğum şəhadətnaməsi, məktəbəqəbulda isə şəxsiyyət vəsiqəsilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər. Bütün bu səbəblərdən məktəbəqəbul portalı vahid yanaşmadan çıxış edib: həm 1-ci sinfə qəbul, həm də məktəbəhazırlıq üçün şəxsiyyət vəsiqəsi.

Digər tərəfdən, məktəbəhazırlığa qeydiyyatdan keçən uşaqlar artıq növbəti ildən 1-ci sinfə avtomatik qəbul olunurlar”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png