ONN İnformasiya Agentliyi

Süni tənəffüs cihazında neçə xəstə var? – TƏBİB AÇIQLADI

Süni tənəffüs cihazında neçə xəstə var? – TƏBİB AÇIQLADI
24 Avqust 2020 - 22:14

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

ONN media xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 890 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 878 667 test aparılıb. Onlardan 35 426-nın cavabı pozitiv çıxıb. İndiyədək 519 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 104 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1803 nəfərdir. 181 nəfər reanimasiyada, 21 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 152 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib, 111 pasiyent sağalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png