ONN İnformasiya Agentliyi

İnsana çip taxmaq neçəyə başa gələcək?

İnsana çip taxmaq neçəyə başa gələcək?
30 Avqust 2020 - 2:10

Tanınmış amerikalı iş adamı, o cümlədən nevrologiya sahəsində “Neuralink” startapının təsisçisi olan İlon Mask insanlara tibbi məqsədlərlə çip taxmaq barədə danışıb.

ONN media xəbər verir ki, “YouTube”dən söylədiyi nitq zamanı Mask həmin əməliyyatın ümumi qiymətinin bir neçə min dollar təşkil edəcəyini deyib.

“Neuralink” şirkətində bununla bağlı cərrahiyə əməliyyatını gələcəkdə tam avtomatlaşdıracaqlarına, nəticənin gözə dəyməyəcəyinə ümidvar olduqları da bildirilib.

Qeyd edək ki, “2016-cı ildə yaradılan “Neuralink” Alzheimer sindromu, demans, onurğa beyni zədəsi kimi nevroloji xəstəlikləri müalicə etmək üçün bəzi orqanlara kompüter çipi taxmaq istiqamətində işlər görür.

İ.Mask dünən təqdimat keçirərək iki ay əvvəl donuzun beyninə “Neuralink”in taxdığı çipi tam zərərsiz çıxararaq nümayiş etdirib.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png