ONN İnformasiya Agentliyi

600-dən çox bal toplayanların sayı açıqlandı

600-dən çox bal toplayanların sayı açıqlandı
08 Sentyabr 2020 - 18:33

Builki qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı açıqlanıb.

ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransda deyib ki, builki qəbul imtahanlarında 1-ci qrup üzrə 600-dən çox bal toplayanların sayı 607 nəfər (keçən il 553 nəfər) olub. Bu da ümumi iştirakçıların 2,15 faizini təşkil edir.

Onun sözlərinə görə, bu il 2-ci qrup üzrə 600-dən çox bal toplayanların sayı 215 (keçən il 404 nəfər), 3-cü qrupda 550 (keçən il 604 nəfər), 4-cü qrupda isə 353 nəfər (keçən il 378 nəfər) olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png