ONN İnformasiya Agentliyi

LDU Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürüb

LDU  Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürüb
01 Oktyabr 2020 - 16:54

ONN media Lənkəran Dövlət Universitetindən (LDU) aldığı məlumata əsasən xəbər verir ki, Elmi Şurasının qərarı ilə universitetin  kollektivi adından   Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat  vəsait köçürülüb.

Alınan xəbərdə deyilir ki, Elmi Şuranın onlayn keçirilən iclasında  iştirakçılar birmənalı olaraq  bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə  bu addımı atmaq vacibdir  və  Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın,  qurumun üzərinə böyük məsuliyyət düşür.

Elmi Şurada  qeyd edilib ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq  məqsədilə Lənkəran Dövlət Universitetinin kollektivi   öz üzərinə düşən məsuliyyəti dərk edərək bu addımı atır və gələcəkdə də  Milli Ordumuza maddi və mənəvi dəstək olmağa  hər an  hazırdır.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar  arasında LDU-nun əməkdaşları  da var və onlar bu günlərdə  ön cəhbədə döyüşərək Vətənə olan borclarını ləyaqətlə  yerinə yetirirlər.  Mİlli Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün Lənkəran Dövlət Universiteti  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat  köçürülməsi bir daha sübut edir ki,   LDU  kollektivi hər zaman dövlətimizin , Ali Baş Komandanımızın yanında , Milli  Ordumuzun arxasındadır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png