ONN İnformasiya Agentliyi

Ermənistan Kəlbəcərdən çıxmaq üçün vaxt istədi

Ermənistan Kəlbəcərdən çıxmaq üçün vaxt istədi
15 Noyabr 2020 - 15:18

“Noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdirilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub”.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png