ONN İnformasiya Agentliyi

Paşinyana SUİ-QƏSD HAZIRLIĞI: Onlar…

Paşinyana SUİ-QƏSD HAZIRLIĞI: Onlar…
18 Noyabr 2020 - 13:49

Ermənistanın iki müxalifət partiyasının liderləri Artur Vanetsyan və İşxan Saqatelyan Xüsusi İstintaq Xidmətinə dəvət olunub.

ONN media xəbər verir ki, onlar baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ilə bağlı cinayət işi çərçivəsində dindirilməyə çağırılıb.

Müxalifət liderləri vəkillərinin sözlərinə görə, onlar istintaq orqanında ifadə verəcəklər.

Xatırladaq ki, Artur Vanetsyan və İşxan Saqatelyan Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar. Onlar qanunsuz silah əldə etmə, satma, saxlama, sui-qəsd hazırlanması, əvvəlcədən razılaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən törədilən dövlət, siyasi və ya ictimai xadimin qətlinə hazırlıqda ittiham olunur. Bundan əvvəl məhkəmə hər iki siyasətçinin həbs olunmaması barədə qərar çıxarmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png