ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Türkiyəli müşahidəçilər Azərbaycana gəlir – VAXT AÇIQLANDI

SON DƏQİQƏ: Türkiyəli müşahidəçilər Azərbaycana gəlir – VAXT AÇIQLANDI
19 Noyabr 2020 - 20:39

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcək.

ONN media  xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.

Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.

Türkiyə və Rusiya müşahidəçiləri atəşkəs pozuntularını qeydə alacaqlar.

Mərkəz vacib funksiyaları yerinə yetirəcəkdir. Bu mərkəzdə atəşkəs pozuntuları yoxlanılacaq, pozuntular barədə məlumat qeydə alınacaq. Pozuntu halı olarsa lazımi tədbirlər görüləcək. Bölgədə pilotsuz uçuş aparatları da xidmət göstərəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png